Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Gömrük əməkdaşlarının peşə bayramı qeyd edilib

2018-01-29

29.01.2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasında gömrük orqanlarının yaradılmasının 26-cü ildönümü  ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimlər iştirak ediblər.

Tədbir himnimizin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu açdı. Gömrük Xidmətinin tarixindən və əhəmiyyətindən danışan Nizami Quliyev bildirib ki, hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük şəbəkəsində özünəməxsus yer tutub və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdədir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb. Komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkədə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Onu da qeyd edək ki, Azərbaycan gömrüyü tam şəkildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlayıb və qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşıb. Azərbaycan Gömrük Xidməti bu gün dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.

Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.