Bizlə əlaqə (994 12) 404 22 00

ÜGT-nin proqram meneceri DGKA-da

2018-01-25

25.01.2018-ci il tarixində  ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri dr.Tonq Hua  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub. Dr.Tonq Hua DGKA tələbələrinə “Beynəlxalq Gömrük sahəsinə ümumi baxış” mövzusunda mühazirə demişdir. Gömrük nəzarəti sahəsindəki islahatlara toxunan cənab Tonq Hua ən son texnologiyaların bu sahədə istifadə edildiyini bildirmiş, ayrı-ayrı ölkələrin gömrük nəzarəti sahəsində tətbiq etdiyi yeniliklərdən söhbət açmışdır. Bundan əlavə, gömrük sahəsində ixtisaslı kadrların hazırlanmasının zəruriliyi diqqətə çatdırılmış və Şanxay Gömrük Akademiyasının təcrübəsini tələbələrlə bölüşmüşdür.

Sonda isə tələbələrlə xatirə şəkli çəkdirmişdir.