Bizlə əlaqə (994 12) 404 22 00

INCU Katibliyinin rəhbəri DGKA-da

2018-01-24

24.01.2018-ci il tarixində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Katibliyinin rəhbəri Mixail Kaşubski və  Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müdavimləri ilə görüşüblər. Görüş INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə təlimləri çərçivəsində təşkil olunan silsilə təlimlərdən biridir.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Katibliyinin rəhbəri Mixail Kaşubski DGKA-nın III kurs tələbələri ilə görüşüb. Görüş zamanı Mixail Kaşubski tələbələrə “Beynəlxalq ticarət əməliyyatları” mövzusunda mühazirə deyib. O tələbələrə beynəlxalq ticarət, onun formaları, beynəlxalq müqavilələr, beynəlxalq ticarət sahəsində sənədləşmə, Gömrük bəyannaməsi, risklərin növləri, risklərin idarəedilməsi kimi mühüm məsələlər barəsində ətraflı məlumat verib.

Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova isə Akademiyada gömrük xidməti əməkdaşlarına  “Harmonik Sistem və Malların mənşəyinin müəyyən edilməsi” mövzusunda mühazirə oxudu.

Hər iki mühazirə tələbə və müdavimlərin marağına səbəb olub. Mövzular ətrafında geniş diskussiyalar aparılıb.

Sonda təlimçilərlə xatirə şəkli çəkdirilib.