Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri INCU-nun təşkil etdiyi "Qış məktəbi"ndə

2018-01-22

Yanvarın 22-dən etibarən Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlimi başlayıb.

Tədbir Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir. DGKA-nı təlimdə Hüquqşünaslıq ixtisasının 4-cu kursunda təhsil alan 5 nəfər tələbə təmsil edir.

Təlimin birinci günü təlim iştirikaçıları və təşkilatçıları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasını ziyarət ediblər. Akademiya ilə tanış olan qonaqlar Akademiya rəhbərliyi ilə də görüşüblər.  

Xatırladaq ki, INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə təlimi yanvarın 27-dək davam edəcək. Bu, Azərbaycanda INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə üçüncü təlimidir.