Bizlə əlaqə (994 12) 404 22 00

Ukraynanın Maliyyə və Gömrük işinin təşkili Universitetinin rektoru DGKA-da

2018-01-22

22.01.2018-ci il tarixində, Ukraynanın Maliyyə və Gömrük işinin təşkili Universitetinin rektoru vəzifələrini icra edən, hüquq elmləri namizədi(phd), dosent Qarmaş Evgeniy Vasilyeviç  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı oldu. Qonaq DGKA-nın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərovla görüşüb. Görüşdə qonağa DGKA haqqında ətraflı məlumat verildi.  Akademiyanın tanıtım video çarxı nümayiş etdirildi.

Rektor Akademiya ilə tanış olduqdan sonra tələbə və müdavimlərə də görüşdü. Görüşdə cənab Qarmaş ilk əvvəl Ukrayna təhsil sistemi,  Maliyyə və Gömrük işinin təşkili Universiteti və onun fəaliyyəti haqqında danışdı. Daha sonra “Yük konteynerlərinin gömrük yoxlamaları” mövzusunda tələbələrə təqdimat keçirdi. O, konteynerlərin strukturu, formaları, istifadə qaydaları, eləcə də konteynerlərin gömrük yoxlamalarından keçmələri, bu  zamanı ortaya çıxan problemlər, hüquqpozmalar və onların aradan qaldırılması yolları  haqqında ətraflı məlumat verdi.

Rektor Qarmaş Evgeniy Vasilyeviçin  daha iki gün Akademiyada tələbə və müdavimlərlə görüşü nəzərdə tutulur.