Bizlə əlaqə (994 12) 404 22 00

Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini DGKA-da

2018-01-21

21.01.2018 tarixində Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini Nəcibullah Vərdək başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında olub. Səfər zamanı Nəcibullah Vərdək ilk öncə DGKA-nın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərovla görüşüb. Görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb və onun gələcəkdə daha inkişaf etdirilməsi barəsində razılığa gəliblər.

Daha sonra, Nəcibullah Vərdək və nümayəndə heyəti Akademiyanın əməkdaşlarının müşayiəti ilə  DGKA-nın tədris binası, muzeyi, auditoriyaları və digər bölmələri ilə tanış olublar. Qonaqlara Akademiyanın yaranması, fəaliyyəti və nailiyyətləri barəsində ətraflı məlumat verilib.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.