Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “20 yanvar” faciəsi şəhidləri yad edilib

2018-01-19

19.01.2018

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, Akademiyanın tələbələri və eləcə də müdavimlər iştirak edib.

Tədbir faciədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Giriş sözünü rəis müvani, gömrük xidməti polkovniki Quliyev Nizami söyləyərək faciənin Azərbaycan xalqının tarixindəki dərin izini və onun bundan sonra da hər zaman ilk günki kimi kədərlə xatırlanacağını vurğuladı. Eyni zamanda polkovnik 20 yanvar faciəsinin təfərruatları barədə iştirakçılara geniş məlumat verdi və onunla bağlı öz xatirələrini paylaşdı.

İqtisadiyyat ixtisasının I kurs tələbəsi Mürsəlova Adilə 20 yanvar hadisəsinin səbəbləri, həmin dövrdəki gərgin vəziyyət, eləcə də həmin dövrdə ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirdi.

Tədbirdə həmçinin Akademiyanın müəllimi Qurbanlı Müzəffər, müdavim Həsənli Tural və digər iştirakçılar çıxış etdi və faciənin xatirəmizdə hər zaman yaşaması, müasir gənclərin də 20 yanvar hadisələrini dərindən öyrənməsi və gələcək nəsillərə həm faciə həm də qəhrəmanlıq və zəfər tarixi kimi ötürülməsi haqqında danışdılar.

Tədbir 20 yanvar faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatdı.