DGKA-da “Həmrəylik günü” və “Yeni il” münasibətilə tədbir keçirilib

2017-12-29

29.12.2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir təşkil edilib. Tədbirdə Akademiyanın müəllim-tələbə heyəti, müdavimlər eləcə də əməkdaşları iştirak ediblər.

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başladı.

Tədbirdə Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev çıxış etdi. O, iştirakçıları hər iki mötəbər gün münasibətilə təbrik etdi və qeyd etdi ki, Həmrəylik günü Azərbaycan millətinin birlik günüdür. 31 dekabr  artıq 26 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. 

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub.

Nizami Quliyev həmçinin Yeni il bayramı münasibətilə də  kollektivi təbrik etdi və xoş arzularını çatdırdı.