Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşları Beynəlxalq konfransda iştirak edib

2017-10-20

20 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq konfrans təşkil edilmişdi. Konfransda Belarus Respublikasının Mogilyov Universitetinin, Rusiya DİN Voronej İnstitutunun, Nijniy Novqorod  Akademiyasının, Gürcüstan DİN Akademiyasının, Ukrayna DİN Xarkov Milli Universitetinin, Azərbaycan Respublikası Baş Narkotiklə Mübarizə İdarəsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri də iştirak etdilər.

Konfransda çıxış edən nümayəndələr Cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən edilməsi, onların təhlilini aparmaqla profilaktika istiqamətlərini araşdırılması, bu sahədə beynəlxalq təcrübənin tətbiq edilməsi, əldə olunan nəzəri bilik, bacarıq və vərdişləri təkmilləşdirməsi sahəsində öz şəxsi araşdırmalarını və təcrübələrini iştirakçılarla bölüşdülər.

Konfransda həmçinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndəsi Nizami Quliyev də çıxış edərək gömrük orqanlarının cinayətkarlıqla mübarizə sahəsində fəaliyyəti və bu sahədə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və digər dövlət qurumları ilə əlaqələri, eləcə də beynəlxalq əməkdaşlığı haqqında məlumat verdi.

Sonda Cinayətkarlığın müxtəlif formalarının  kriminoloji tədqiqinin inkişaf etdirilməsini, bu sahədə olan aktual problemlərin öyrənilməsi, məlumat mübadiləsinin inkişaf etdirilməsini, cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqələrin yaradılmasını, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsini, cinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsini, hüquqi maarifləndirmə tədbirlərinin və ictimai nəzarət mexanizmlərinin səmərəsinin artırılmasını, elmi tədqiqatların əlaqələndirilməsini və bu qəbildən tədbirlərin mütəmadi keçirilməsini zəruri sayan konfransın Bəyannaməsi qəbul edildi.