Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Avropa Siyasət Mərkəzinə təşkil olunan təhsil gəzintisində iştirak etmişdir

2017-09-29

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 22 iyun 2017-ci il  tarixində Avropa Siyasət Mərkəzinə təşkil olunan (European Policy Center) təşkil olunan təhsil gəzintisində (study trip) iştirak etmişdir.

İlkin olaraq, Avropa Siyasət Mərkəzinin əməkdaşı Cənab Giovanni  Grevi qeyd etmişdir ki, Avropa Siyasət Mərkəzi (EPC) müstəqil, qeyri-kommersiya orqanıdır hansı ki, əsas vəzifəsi Avropa Birliyində hər səviyyədə qərar qəbul edənlərə dəstək vermək, Avropa inteqrasiyasının inkişafına yönəlmiş analiz və debatların təşkil edilməsi, həmçinin Avropa Birliyinin vətəndaşlarının,maraqlı şəxslərin Birliyin siyasi istiqamətinin   müəyyən edilməsində iştirak etməsi üçün platforma yaradır.

Qeyd etmek lazımdır ki, Lissabon Sazişinin qüvvəyə minməsi ilə Aİ-nin xarici siyasətinin daha effektiv, dəqiq və innovativ şəkildə reallaşdırılması üçün yeni imkanlar yaranmışdır. Təkcə onu demək kifayətdir ki, Lissabon Sazişinə əsasən Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi İnstitunun yaradılması təkcə AİGS və AQS-nin deyil, bütövlükdə Aİ- nin və Aİ üzvü olan 28 ölkənin xarici siyasətinin koordinasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

 İkinci dünya müharibəsindən sonra Avropada ilk siyasi inteqrasiya prosesləri məhz təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı idi. Belə ki, hələ 1947-1948-ci illərdə Qərbi Avropa Kollektiv Təhlükəsizlik sisteminin yaradılmasını nəzərdə tutan müqavilələr imzalanmışdı. Lakin 1950-ci ilin əvvəllərində bu layihələr uğursuzluğa düçar olmuşdu. Qərbi Avropada inteqrasiyanın müasir konsepsiyasının mahiyyəti milli dövlətlər tərəfindən öz suverenliyinin bir hissəsini üstmilli inteqrasiya birliklərinə verməkdən ibarətdir və bu ideya Fransanın tanınmış ictimai xadimi Jan Monne tərəfindən irəli sürülmüşdü. Fransanın xarici işlər naziri Şuman 9 may 1950-ci ildə Jan Monnenin ideyası əsasında Fransa və Almaniyada kömür və polad istehsalının nəzarətinin digər Avropa ölkələrinin də qoşulması üçün açıq olan birgə Ali orqana verilməsi haqqında təklif ilə çıxış etdi. Almaniya Federativ Respublikası (AFR), İtaliya, Belçika, Niderland və Lüksemburq hökumətləri bu təklifi dəstəklədilər və bu 6 dövlət tərəfindən 18 aprel 1951-ci ildə Parisdə Avropa Kömür və Polad Birliyinin (AKPB) təsis edilməsi haqqında müqavilə imzalandı. Bu müqavilənin imzalanması Qərbi Avropada inteqrasiya proseslərinin əsasını qoydu.

Görüş ərzində mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.