Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Avropa İqtisadi və Sosial Komitəsinə təşkil olunan təhsil gəzintisində iştirak etmişdir

2017-09-29

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 22 iyun 2017-ci il  tarixində Avropa İqtisadi və Sosial Komitəsinə təşkil olunan təhsil gəzintisində (study trip) iştirak etmişdir.

İlkin olaraq, işçi qrupunun Prezidenti cənab Jacek Krawczyk iştirakçılara Komitənin tarixi, strukturu və səlahiyyətləri haqda məlumat vermiş öz şəxsi təcrübəsini bölüşmüşdür.

Komitə  1957- ci il Ittifaqda yaradılan Vahid bazarın qurulmasında iqtisadi və sosial qrupları cəlb etmək məqsədilə Roma müqaviləsi əsasında yaradılmışdır. Komitənin 350 üzvü var. Üzvlər (həmçinin Konseylər adlandırılır (Councillors).Onlar milli hökumətləri tərəfindən irəli sürülür və Avropa İttifaqı Şurası tərəfindən 5 il müddətinə təyin olunurlar. Son yenilənmə 2015-2020-ci illər mandat  üçün 2015-ci il oktyabr ayında olmuşdur.Üzvlər əsasən  İşəgötürənlər İşçilər, və Müxtəlif maraqları təmsil edən qrupa bölünürlər.

Sonda mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırıldı.