Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Aİ orqanlarına təşkil olunan təhsil gəzintisində iştirak etdi

2017-06-20

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar Riqa Ali Hüquq Məktəbində iştirak etdiyi 6 həftəlik təlim çərçivəsində 20-21 iyun 2017-ci il  tarixlərində Avropa İttifaqının müxtəlif  orqanlarına təşkil olunan təhsil gəzintisində (study trip) iştirak etmişdir.

20 iyun tarixində Avropa İttifaqının Şurasına və Parlamentinə, 21 iyun tarixində isə Avropa Komissiyasına  study trip təşkil edilmişdi. Gəzintidə ilkin olaraq iştirakçılara  Avropa İttifaqının Şurasının, Avropa Parlamentinin və Avropa Komissiyasının tarixi haqda məlumat verilmişdir. Qeyd edək ki, Avropa Şurası 2007-ci ildə Lissabon Sazişindən sonra Aİ təşkilatının institutu statusunu rəsmən qazandı. Avropa Parlamenti  1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir.  1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi.

Avropa Komissiyası isə Avropa İttifaqı siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Bu orqan qanun layihələrini hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Məhkəməsi ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir.

Daha sonra iştirakçılar  Qanunvericilik prosesi  ilə yaxından taniş oldular.

Avropa Parlamentinin üzvi xanım Rebecca Harms və Kommissiyanın Hüquq Şöbəsinin rəhbəri cənab Bela Beres ilə görüş təşkil edildi. Görüş zamanı Avropa İttifaqının iş mexanizmi və fəaliyyəti haqqında iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.