Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Avropa Ədalət Məhkəməsinə təşkil olunan təhsil gəzintisində iştirak etmişdir

2017-06-19

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 19 iyun 2017-ci il  tarixində Avropa Ədalət Məhkəməsinə  təşkil olunan təhsil gəzintisində (study trip) iştirak etmişdir.

Iştirakçılara ilkin olaraq Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinin tarixi, səlahiyyətləri   haqqında məlumat verilmişdir. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur. Hakimlərin müstəqilliyinə təminat verilir. Divanın vəzifəsi Avropa Anlaşmalarının hüquqa uyğun bir formada şərh edilməsi və tətbiq edilməsinin təmin olunmasıdır.

Daha sonra  Məhkəmədə Hüquqşunas –tərcüməçi vəzifəsində çalışan cənab D.Newton Avropa Ədalət Məhkəməsində hüquqşunas-linqivist vəzifəsinin əhəmiyyəti, rolu, fəaliyyətinin istiqamətləri  və iş rejimi haqqında məlumat vermişdir. Həmçinin iştirakçılarla hüquqşunas-linqivist peşəsinin çətinlikləri haqqında danışmış və öz şəxsi təcrübəsini bölüşmüsdür.

Avropa Ədalət Məhkəməsində Hüquqşunas işləyən (Advocate General) Cambridge Universitetinin professoru xanım E.Sharpston Ədalət Məhkəməsində hüquqşunas rəylərinin verilməsi proseduru, rəylə hakim qərarının fərqli və oxşar cəhətləri haqqında ətraflı məlumat vermiş və öz şəxsi təcrübəsi haqqında çıxış etmişdir.

Sonda istirakçılar əyani şəkildə məhkəmədə işə baxılma proseduru ilə tanış edildilər.