Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Avropa Auditorlar Məhkəməsinə təşkil edilmiş təhsil gəzintisində iştirak etmişdir

2017-06-19

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 19 iyun 2017 ci il tarixində  Avropa Auditorlar Məhkəməsinə təşkil edilmiş təhsil gəzintisində (study trip) iştirak etmişdir.

Iştirakçılara Məhkəmənin üzvi cənab Mihails Kozlovs tərəfindən  Auditorlar Məhkəməsinin tarixi, strukturu və səlahiyyətləri haqqında məlumat verilmişdir.

Qeyd edək ki, Audit Məhkəməsi Avropa İttifaqının (Aİ) beşinci institutudur. 1975-ci ildə Lüksemburqda yaradılmışdır. Institutun adına baxmayaraq  onun məhkəmə funksiyası yoxdur. O, daha çox peşəkar xarici tədqiqatçı audit orqanıdır. Institutun əsas vəzifəsi Avropa İttifaqının büdcəsinin təyinatına uyğun icra olunduğunu yoxlamaqdır. Məhkəmə bunu etməklə, İttifaqın gəlir və ya xərclərini idarə edən bütün şəxslərin hesabat sənədlərini yoxlayır və spot yoxlamaları həyata keçirir. Məhkəmə digər  üzv dövlətlərin və qurumların diqqətinə illik umumi və muəyyən institutlar və məsələlər barəsində spesifik, xüsusi hesabatlar təqdim etməlidir.

Məhkəmənin tərkibi  hər bir üzv dövlətdən  seçilmiş üzvdən ibarətdir, üzvlər milli audit orqanlarında vəzifə yerinə yetirən şəxslərdən seçilir və onların müstəqildirlər.

 Görüşün sonunda mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırıldı.