Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Latviya Respublikasının Daxili İşlər Nazirliyinə təşkil edilmiş təhsil gəzintisində iştirak etmişdir

2017-06-14

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 14 iyun tarixində Riqa Ali Hüquq Məktəbində iştirak etdiyi 6 həftəlik təlim çərçivəsində Latviya Respublikasının Daxili İşlər Nazirliyinə təhsil gəzintisində (study trip) iştirak etmişdir.

Görüşdə Latviya Respublikasının  Daxili İşlər Nazirliyinin əməkdaşları  qonaqlara  Dövlət Miqrasiya Ximətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verdilər.

Görüşdə  Avropa İttifaqının Miqrasiya proseslərinin tənzimlənməsi və qeyri-qanuni mühacirlərin Avropa ərazisində yerləşdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.