Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri ABŞ federal hakimləri ilə görüşdə

2017-06-21

21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və Humanitar fənləri” kafedrasının müəllimi Həsənova Arzunun rəhbərliyi ilə Akademiyanın Hüquqşünaslıq ixtisasının I kursunda təhsil alan Novruzov İmamverdi, Həsənzadə Həsən, Babayeva Zeynəb, Camalzadə Fidan, Elvin Qazaxov, Vasif  Vəlizadə və Xədicə Məmmədova ilə birlikdə Bakı Dövlət Universitetinin Hüquq Fakultəsində keçirilmiş “Meet with the United States Judges!” tədbirinin qonaqları, ABŞ federal hakimləri ilə görüşdə iştirak etdilər.

Görüşdə  tələbələr bakalavr dərəcəsi üzrə təhsilini Swarthmore College-də almış (1964), fəlsəfə üzrə magistr dərəcəsini University of Oxford-da (1966), hüquq üzrə J.D dərəcəsini isə Harvard Law School-da qazanmış (1969), qiymətli kağızlar hüququ üzrə ixtisaslaşmış və Securities and Exchange Commission v. Bank of America, Securities and Exchange Commission v. Citigroup, Associated Press v. Dept. of Defense, SEC v. WorldCom, Motorola Credit Corp. v. Uzan kimi işlərlə bağlı qərarların verilməsində iştirak etmiş hakim Jed S.Rakoff, bakalavr dərəcəsi üzrə təhsilini St. Mary's College-də (1968), magistr dərəcəsi üzrə təhsilini Columbia University in the City of New York-da almış (1969), hüquq üzrə J.D dərəcəsini isə Columbia Law School-da qazanmış (1975), qiymətli kağızlar və sosial sığorta ilə bağlı WorldCom işi ilə bağlı həmin şirkətə, həmin şirkətin auditoru, keçmiş ən böyük audit şirkətlərindən biri olan Arthur Andersen-ə və şirkətin qiymətli kağızlarını satan 10 investisiya bankına qarşı şirkətin işçiləri və investorları tərəfindən gətirilən iddialarla bağlı məhkəmə qərarlarının verilməsində iştirak etmiş Hakim Rakoffla bir sıra hüquqi məsələləri müzakirə etmək və onların təcrübəsindən yaralanmaq imkanı qazanmışlar.

Tələbələr hakimlərə ABŞ hüquq sistemi, məhkəmə proseslərində qərarların qəbulu zamanı üstün hesab edilən amillərin nələrdən ibarət olması, həmçinin uğurlu hüquqşünas kimi yetişmək üçün tələb olunan keyfiyyətlər, hüquqi biliklərin dərinləşməsi üçün məsləhət görülən vasitələrin nələrdən ibarət olması ilə bağlı suallar verərək tövsiyyələrlə tanış oldular. Hakimlər həmçinin, andlı iclasçılarla bağlı öz təcrübələrini paylaşdılar.