Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Qurtuluş günü” qeyd olunub

2017-06-14

14 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Qurtuluş günü ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu açdı. Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə çıxış etdi. O, eyni zamanda qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyev rəhbərliyə qayıdışı nəticəsində ölkəmizin müstəqilliyini qorudu, respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu səbəbdən bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü” kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, ölkəmizi hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, dövlətin siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı. 34 illik rəhbərliyi dövründə Azərbaycanımızın ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı.

Tədbirdə həmçinin, müdavim və əməkdaşların çıxışları da dinləndi.

Sonda Ümummilli Liderə həsr olunmuş, həyat və fəaliyyəti haqqında videofilm nümayiş etdirildi.