Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Qaçqınların statusuna dair beynəlxalq tədbirdə

2017-06-09

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar 8-9 iyun tarixlərində Riga Ali Hüquq məktəbində iştirak etdiyi təlim çərçivəsində “BMT-nin Qaçqınların statusu haqqında Konvensiyası və Dublin Konvensiyasınin müzakirəsinə” dair təşkil olunan seminarda iştirak etmişdir. Qeyd edək ki, BMT-nin Qaçqınların statusu haqqında 1951-ci ildə, Dublin Konvensiyası isə  1990-cı ildə imzalanmış və 1997-ci ildə qüvvəyə minmişdir. Dublin Konvensiyasına bəzən “Dublin Qaydaları” da adlandırırlar.

İki gün davam edən təlimdə xanim Ieva Miljuna  BMT-nin Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasi haqda melumat vermisdir. Konvensiyada qaçqınlarla rəftarın minimum zəruri normaları, o cümlədən onların əsas hüquqları müəyyən edilir. Konvensiyada, habelə qaçqınların hüquqi statusu müəyyənləşdirilir və onların gəlir gətirən məşğulluq və sosial himayə hüquqları haqqında, şəxsiyyət vəsiqələri və yol sənədləri haqqında, vergilərin tətbiqi və məskunlaşmalarına icazə verilən ölkələrə öz əmlaklarını aparmaq hüququ haqqında qaydalar təsbit edilir.

Xanim Ieva Miljuna daha sonra şəxsin ona sığınacaq verilməsi barədə Avropa Birliyinin üzvü olan bir və ya bir neçə dövlətə ərizə verdiyi təqdirdə sığınacaq verilməsi haqda xahiş üçün hansı üzv dövlətin məsuliyyət daşıdığını müəyyən edən meyarları təsbit edən Dublin Konvensiyası (1990-cı il) haqqıda ətraflı məlumat vermişdir.

Sonda mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırıldı.