Bizlə əlaqə (994 12) 404 22 00

Abituriyentlər DGKA-nı daha yaxından tanımaq imkanı qazandı

2017-06-08

6-7 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları Respublikada orta təhsil müəssisələri arasında tələbə qəbulu üzrə yüksək nəticələri ilə seçilən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının, 1 saylı və 11 saylı orta məktəblərin  şagirdləri ilə görüş keçirdi.

Görüşdə əsas məqsəd şagirdləri Dövlət Gömrük Komitəsinin Akademiyası, tədris prosesi, imkanlar və perspektivlər barədə məlumatlandırmaq idi. DGKA-nın "Əlavə təhsilin təşkili" şöbəsinin müəllimi Kərimbəyli İlqar Şakir oğlu və "Monitorinq və Qiymətləndirmə bölməsinin" böyük mütəxəssisi Mustafayeva Günel Əli qızı Akademiya haqqında, təhsilin təşkili, tədrisin keyfiyyəti, professor-müəllim heyəti, gələcək planlar və perspektivlər barəsində ətraflı məlumatları şagirdlərin diqqətinə çatdırdı. Akademiya haqqında videoçarx və təqdimat nümayiş olundu. Görüşdə həmçinin, abituriyentləri maraqlandıran bir çox məsələlərə aydınlıq gətirildi, onlara gələcək təhsil və peşəkar fəaliyyətləri ilə bağlı dəyərli məsləhətlər verildi.

Eyni zamanda şagirdlərə DGKA-da təhsil, tədris prosesi və nizam intizam qaydalarını əks etdirən jurnal və bukletlər təqdim olundu.

Sonda şagirdlərlə  xatirə şəkli çəkdirildi.