Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın müəllimi silsilə tədbirlərdə

2017-05-30

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar  22-26 may tarixlərində İsveç Krallığının Latviyadakı səfirliyi, İsveçrənin Latviyadakı səfirliyi və Amerika Birləşmiş Ştatlarinin Riqa Ali  Hüquq Məktəbi ilə birgə əməkdaşlığı sayəsində Riqada təşkil edilmiş silsilə tədbirlərdə iştirak edib. Seminarlar “Hüquq ve İqtisadiyyat” sahəsində intensiv yay akademiyası çərçivəsində təşkil edilmişdir.

     Proqram Riga Hüquq Məktəbinin prorektoru cənab  Mel Kenninin istirakçıları salamlaması ilə açıq elan edilmişdir. Daha sonra “Tələbə Assosiasiyası”nın prezidenti Andrejs Gailis və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Justine Elferte çıxış etdilər.

     Tədbirdə həmçinin, Albaniya Respublikasinin Bas Nazir offisinin nümayəndəsi xanım Eni Mazniku, Gürcüstan Respublikasının Ətraf Mühitin Mühafizəsi Nazirliyinin baş mütəxəssisi Nino Janalidze, Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin  şöbə müdiri cənab Ablaikhan Bagibayev, Latviya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi, Moldova Respublikasının Nəqliyyat Nazirliyinin Hava Nəqliyyatı şöbəsinin müdiri cənab Victor Neaga, Serbiya Respublikasının Ədliyyə Nazirliyinin nümayəndəsi xanım Radmila Danilovic,  Ukrayna Respublikasının Maliyyə Nazirliyinin  baş hüquqşünası xanım Anastasia Babich, Fələstin Respublikasının  Xarici İşlər Nazirliyinin nümayəndəsi xanım Doa Nofal və digər dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

     Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar fənlər” kafedrasının müəllimi Nigar Babayeva Azərbaycandan bu tədbirdə iştirak hüququ qazanmış iki nəfərdən biridir. Digər iştirakçı isə Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyinin birinci katibi Rövşən Mirzəyevdir.