Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Respublika günü qeyd edildi

2017-05-26

     26 may tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və müdavimlərinin iştirakı ilə “Respublika günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev  müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həmin dövrdə mövcud olan ictimai-siyasi vəziyyətdən, Cumhuriyyətin mövcud olduğu  23 ay ərzində hərb, iqtisadiyyat, səhiyyə, mədəniyyət, incəsənət və digər strateji sahələrdə görülmüş işlərdən və qəbul edilmiş qərarlardan danışdı.  Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyətini vurğulayaraq, müasir Azərbacanın tariximnin ən şanlı və qürürlu səhifəsi olduğunu qeyd etdi.

     O, həmçinin  məhz ümummilli liderimiz Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətinin mürəkkəb vəziyyətdə müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli addımlar atdığını və ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğuladı.

     Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haq­qında” 2008-ci il, 15 fevral tairixli Sərəncamı da bu günün əzəməti və əhəmiyyətinin bariz göstəricisidir.

     DGKA-nın Hüquqşünaslıq ixtisasının II kurs tələbələri Hüseynov Seymur və Alızadə Murad ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu haqqında  maraqlı təqdimatla çıxış etdilər.

     Müdavim Şəfiyev Gündüz öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, iştirakçıları və əhəmiyyətindən danışdı. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi şəxsiyyətlərin xidmətlərini vurğuladı.

     Tədbirin sonunda  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.