Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri Məhkəmə Ekspetizası Mərkəzində

2017-05-02

     2 may tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının III kurs tələbələri Kriminalistika fənninin  tədrisi cərçivəsində labaratorya dərslərindən birini  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçiblər.

     Tələbələr Məhkəmə Ekspertizası Mərkəzin əməkdaşları tərəfindən mərkəzin laboratoriyaları ilə, ekspertizaların aparılması üçün istifadə edilən cihazlar ilə tanış edilmiş, onların işləmə mexanizmlərini öyrənmişlər. Eyni zamanda tələbələr mərkəzin aparıcı ekspertlərindən müxtəlif növ ekspertizalar haqqında ətraflı məlumat əldə ediblər.

     Yol nəqliyyatı hadisələri ekspertizasının aparıcı eksperti Vüqar Quliyev yol hərəkət hadisələrin araşdırılmasın əsas istiqamətləri, qanunvericilik aktlarına riayətin zəruriliyi haqqında, Psixoloji ekspertizalar şöbəsinin eksperti Məmmədov Vüsal psixoloji ekspertiza, uşaqların psixoloji ekspertizası, məhkəmə psixoloji ekspertizanın halları, hallar haqqında hesabatlar və statistikalar, özünü öldürmə hallarını praktiki və müqayisəli məsələləri haqqında, Fiziki və kimyəvi maddələrin araşdırılması ekspertizasının eksperti Aysel Əliyeva nümunələrin götürülməsi, qablaşdırılması və təqdim edilməsi haqqında, Cinayət prosessual qanunvericiliyinin normalarına riayətin vacibliyi və Bioloji ekspertizalar şöbəsinin rəisi Qədirova Səbinə  torpaq, heyvan və bitki mənşəli predmetlər barədə ekspertizaların aparılmasının üsulları haqqında tələbələrə ətraflı məlumat veriblər.

     Ekspertlər həmçinin tələbələrlə birlikdə bir sıra problemli məsələlər üzrə müzakirələr aparmış və bir neçə real işlə tələbələri tanış etmişlər.

     Qeyd edək ki, tələbələr 18 aprel tarixində də Məhkəmə Ekspertizası Mərkəzində olmuşdular. O zaman da tələbələrlə Ballistika və trasaloji ekspertiza şöbəsinin rəisi  Nail Abbasov, Təminat və keyfiyyət bölməsinin rəisi Cabir Əhməd, Əlyazmalar və səslərin ekspertizası şöbəsinin aparıcı eksperti Əbil Zeynalov, İqtisadi ekspertizalar şöbəsinin aparıcı eksperti Kamran Dünyamalıyev, Sənədlərin texniki ekspertizası şöbəsinin baş eksperti Natiq Pənahov görüş keçirmiş, onlara müxtəlif növ ekspertizalar haqqında geniş məlumatlar vermişdi. Həmçinin, tələbələrlə praktiki məsələlər müzakirə edilmiş, kazuslar həll edilmiş və texnoloji cihazlardan istifadə qaydaları izah edilmişdi.