Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın müəllim və tələbələri respublika elmi-praktik konfransında iştirak etdi

2017-05-04

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının və Azərbaycan Respublikasının Dövlət Gömrük Kömitəsinin Akademiyasının təşkilatçılığı ilə 2 may 2017-cı ildə DIA-da “ Müasir  dövrdə davamlı inkişafın idarə edilməsinin əsas istiqamətləri ” mövzusunda respublika elmi-praktiki  konfransı keçirilmişdir.

    Konfransda Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının və Türkiyənin EGE Üniversitesinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak etmişdir.

    Elmi-praktik konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açmışdır. Rektor, qeyd etmişdir ki, Azərbaycanın davamlı inkişafında əldə etdiyi uğurlar xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin yeritdiyi uzaqgörən, müdrik siyasəti, həmçinin prezident İlham Əliyevin ölkənin modernləşməsində  apardığı islahatlar ilə bağlıdır.

    Konfransda  çıxış edən  Azərbaycan Respublikasının Dövlət Gömrük Kömitəsinin sədr müavini, general-leytenant Şahin Bağırov tədbirin əhəmiyyəti, Azərbaycanın iqtisadi inkişafında Dövlət Gömrük Komitəsinin rolu və ölkənin davamlı inkişafının idarə edilməsində əldə edlmiş nailiyyətlər barədə danışdı.

    Konfransın plenar iclasında  məruzə ilə  Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı professor Çingiz İsmayılov “Müasir dövrdə Azərbaycanın davamlı inkişafının təmin edilməsinin əsas meyarları” movzusunda, İzmirin EGEY universitetinin professorları Tancu Tosun , Gülgün Erdoğan Tosun və Mustafa Mutluer İzmir timsalında davamlı inkişaf, şəhər urbanizasiyası, turizm sektorunun inkişafı və alternativ enerjinin istifadəsi  mövzularına həsr olunmuş məruzələrlə  çıxış etmişlər.

    Günün ikinci yarısında DGKA-nın İqtisadiyyat və təbiət fənnləri kafedrasının müəllimi Bayramov Ramil “Milli təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında gömrük xidmətinin rolu”, İqtisadiyyat ixtisasının II kurs tələbələri Cənnətli Kamran “Sığorta bazarı və onun inkişaf istiqamətləri”, Bayramov Xəlil  “Alternativ enerji mənbələrinin dayanıqlı iqtisadi inkişafda rolu” mövzusunda çıxış etdilər və DİA-nın doktorant və tələbələri ilə birlikdə maraqlı məruzədə iştirak etdilər.