Bizlə əlaqə (994 12) 404 22 00

DGKA Respublika səviyyəli idman turnirinə ev sahibliyi etdi

2017-05-02

     1-2 may tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə “Xüsusi təyinatlı ali təhsil müəssisələri arasında stolüstü tennis idman növü üzrə Turnir” keçirilmişdir. Turnirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının müdavim və tələbələri iştirak etmişdir. DGKA-nı yarışda Hüquqşünaslıq ixtisasının II kurs tələbələri Zeynalov Ələkbər, Gülüşov İsmayıl və Qarayev Etibar təmsil etmişdir.

     Turnirin son günündə qaliblər müəyyən edilmişdir. Yarışın nəticələrinə əsasən Fövqəladə Hallar Nazirliyinin Akademiyası I yerə, Milli Aviasiya Akademiyası II yerə, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası isə III yerə layiq görüldülər. Qaliblərə diplomları və kubokları  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini gömrük xidməti general-leytenantı Şahin Bağırov və Akademiyanın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqdim etdilər.

     Həmçinin iştirakçılar tərəfindən Akademiyanın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərova yarış üçün yaratdığı şəraitə minnətdarlıq əlaməti olaraq təşəkkürnamə təqdim edildi.