Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın tələbə qəzeti

2017-05-02

 

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası “ASCCA Student’s Voice” adlanan tələbə qəzetini yaratdı.  Bu qəzet Akademiyanın tələbələrinin müstəqil yaradıcılığını inkişaf etdirmək məqsədi daşıyır. Tələbələr müxtəlif mövzularda sərbəst yazılarını ingilis dilində qəzetdə çap etdirmək imkanı əldə edirlər.  

     Qəzetin aylıq olaraq nəşri nəzərdə tutulur. İlk mart-aprel ayları nömrəsi artıq çap edilmişdir.

     “ASCCA Student’s Voice” qəzetinin baş redaktoru və dizayneri DGKA-nın müəllimləri Gulnaz Novruzzadə və  Elviz İsmayılovdur.

     Qeyd edək ki, hazırda qəzet yalnız ingilis dilində çap edilir. Gələcəkdə onun genişləndirilərək azərbaycan və rus dillərində də hazırlanması planlaşdırılır.