Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın şöbə rəisi Qərb Universitetinin akkreditasiyasında iştirak edir

2017-04-26

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədrisin təşkili və tyutor xidməti şöbəsinin rəisi Xəlilova Kəmalə 2017-ci il 1 aprel tarixindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yaradılmış  Akkreditasiya Komissiyasının tərkibində Qərb Universitetinin akkreditasiyasını həyata keçirməkdədir. Akkreditasiya Komissiyasının üzvləri Respublikanın bir sıra ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərindən seçilmişdir. 

    Qeyd edək ki, Ali təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildən bir “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” nın Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlarına və Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinin 8.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən həyata keçirilir.

    Qərb Universitetinin akkreditasiyası aprel ayının sonunadək davam edəcəkdir.