Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri Ali təhsil müəssisələrinin XIII Respublika Universiadasinin açılışında

2017-04-25

     21 aprel 2017-ci il tarixində Əl oyunlari sarayında Ali təhsli müəssisələrinin XIII Respublika Universiadasinin açılışı mərasimi kecirilmisdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasinin tələbələrindən ibarət komandası da ilk dəfə olaraq bu açılış mərasimində  iştirak etmişdir. 

     "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən Universiada Gənclər və İdman, Təhsil nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları (AHİT) İctimai Birliyi ilə razılaşdırılmış təqvim planına müvafiq olaraq mart-aprel aylarında təşkil olunur.

     Tələbələr dama, şahmat, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, stolüstü tennis, basketbol, badminton, veloidman və atletika da daxil olmaqla 11 idman növü üzrə yarışlarda mübarizə aparacaqlar.

     Qeyd edək ki, DGKA bu Universiadada tennis və dama idman növləri üzrə mübarizə aparacaqdır.