Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri Heydər Əliyev Mərkəzində

2017-04-23

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri daha yüksək ixtisaslı və rəqabət qabiliyyətli mütəxəssis kimi yetişmələri üçün dərsləri ilə yanaşı dərsdən kənar vaxtlarda müxtəlif təlim-treninqlərdə, elmi forumlarda, intelektual oyunlarda fəal iştirak etməyi,  mütəmadi olaraq muzeylərdə, elmi mərkəzlərdə  və digər mədəniyyət ocaqlarında olmağı özlərinə hədəf seçmişlər.

    22 aprel 2017-ci il tarixində  DGKA-nın Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbləri “Əmək hüququ” fənnini tədris edən, BDU-nun professoru Mayis Əliyevin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzini ziyarət edərək müasir Azərbaycanın memarı, ulu öndərin həyat və fəaliyyəti, eləcədə Mərkəzdə fəaliyyət göstərən muzeylə yaxından tanış olmuşlar. Tələbələr Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi,  geniş təbliği, qorunub saxlanılması və hərtərəfli inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmiş və Mərkəzin rəhbərliyinə yaratdıqları şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.

    Sonda gələcəyimizin hüquq müdafiəçiləri unudulmaz lider, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün Azərbaycan gəncləri üçün örnək olduğunu vurğulamış və onun ideyalarını davam etdirəcəklərinə söz vermişlər.