Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın müəllimi və tələbələri ADA Universitetində tədbirdə

2017-04-20

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Həsənova Arzu Kamandar qızı və Hüquqşünaslıq ixtisasının II kurs tələbələri Amil Zeynalov, Röyal Məhərrəmov, Elşən Alıyev və Aliyə Məmmədhəsənzadə 17-19 aprel tarixlərində Beynəlxalq Qırmızı Xaç Komitəsi və ADA Universiteti tərəfindən təşkil edilmiş  “Beynəlxalq humanitar hüquq” mövzusunda 3 günlük leksiya kurslarında iştirak etdilər.  

    Təlimin əsas mühazirəçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionlarında Beynəlxalq Humanitar Hüququn təşviqi və reallaşdırılması üzrə regional hüquqi məsləhətçisi Anastasia Kushleyko və Beynəlxalq Hüquq və Arbitraj Assosiasiyasının  (BİLA Association, Belarus) baş katibi Dr. Andrey L. Kozik idi.

    3 günlük təlimdə Müasir Beynəlxalq Humanitar Hüquq sahəsində əsas problemlər, onlarla mübarizə və onların aradan qaldırılması yolları, müasir hərbi əməliyyatlar kontekstində silahlı münaqişələrin təsnifatı, beynəlxalq konvensiya və digər sənədlər toplusunun rolu, hərbi döyüşlər zamanı istifadə olunan yeni silah və sursatlara dair məhdudiyyətlər, sülh və bəşəriyyət əlehinə, eləcədə insanlıq və təbiətin məhvinə səbəb olma ehtimalı olan kimyəvi silahların, sualtı raketlərin və digər mənfi təsirə malik, insan orqan və toxumalarını zədələyən vasitələrin, nüvə silahlarının həm ölkələrin daxili qanunvericiliyi həm də beynəlxalq sənədlərlə qadağan olunması haqqında işitrakçılara geniş məlumat verildi.

    Tədbirin sonunda aktiv iştirakçılara sertifikatlar təqdim olundu.