Bizlə əlaqə (994 12) 404 22 00

DGKA nümayəndəsi AŞ-ın təşkil etdiyi təlimdə iştirak etmişdir.

2017-04-20

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Həsənova Arzu Kamandar qızı  18-19 aprel 2017-ci il tarixlərində “Avropa İnsan hüquqları Konvensiyası çərçivəsində Mülkiyyət hüququ” mövzusunda iki günlük təlimdə iştirak etmişdir. Təlim Şərq tərəfdaşlığının 2015-2017-ci illər  üzrə Proqram əməkdaşlığı çərçivəsində həyata keçirilən “Avropa İnsan hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı Avropa İttifaqı və Avropa Şurasının Birgə layihəsi çərçivəsində Avropa Şurasının Bakıdakı Ofisi tərəfindən təşkil edilmişdi.

     Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bir sıra əməkdaşları, Bakı Dövlət Universiteti, Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri, QHT nümayəndələri və özəl sektorda çalışan hüquqşünaslarla bərabər Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi Hüquq və humanitar fənlər kafedrasının müəllimi Həsənova Arzu Kamandar qızı iştirak etmişdir.

     İki gün davam edən təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokoluna əsasən mülkiyyət hüququnun pozuntusunun tanınması, AİHM-nə müraciət əsasları, məhkəmənin qəbuledilənlik şərtləri, AİHK-na əsasən mülkiyyət hüququnun tərkibinə daxil olan münasibətlərin məcmusu, pozuntularla bağlı məsələlərin müzakirəsi, müqayisəsi, beynəlxalq və yerli təcrübə, bu hüququn reallaşması zamanı dövlətin pozitiv, neqativ və prosedur öhdəlikləri, pozuntuların qanunilik və zərurilik şərtlərinin mövcudluğunun müəyyən olunması kriteriyaları, yaranan problemlər və onların aradan qaldırılması istiqamətində tövsiyyələrdən bəhs olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən araşdırılan işlər, çıxarılan qərarlar müzakirə edilmiş və kazuslar həll olunmuşdur.

     Tədbirin sonunda aktiv iştirakçılara sertifikatlar təqdim olundu.