Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-nın 6 tələbəsi sertifikata layiq görüldü

2017-04-06

    05.04.2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının III kurs tələbləri “Ailədaxili Zorakılıq Qurbanlarına Hüquqi Yardım Şəbəkəsi” tərəfindən sertifikata layiq görüldü.

     “Ailədaxili Zorakılıq Qurbanlarına Hüquqi Yardım Şəbəkəsi” 2016-cı ildə məişət zorakılığı qurbanlarına hüquqi yardımın göstərilməsi məqsədilə yaradılmışdır. Şəbəkənin layihəsi hüquqşünas Xalidə Şahverdiyeva və Şəms Mustafayeva tərəfindən hazırlanmış və İsveçin “Kvinna Till Kvinna” təşkilatı tərəfindən dəstəklənmişdir. Proyektə təxminən 30-a yaxın hüquqşünas, hüquqşünas tələbə qoşulmuşdur. Onlardan təxminən 10 nəfəri DGKA-nın tələbələri olmuşdur.

     Proyekt iki mərhələdən ibarətdir. Proyektin birinci mərhələsində Ailədaxili zorakılığa qarşı mübarizə sahəsində təlimlər təşkil edilmişdir. Bu təlimlərdə DGKA-nın Hüquqşünaslıq ixtisasın 3-cü kurs  tələbələri  İlkin Hüseynov, Mir Hüseyn Həbibli, Sevda Mustafayeva, Ələkbərov Ələsgər, Alıyev Elgün və Manafov Kamil bütün təlimlərdə uğurla iştirak etdikləri üçün sertifikata layiq görüldülər.

     Layihənin növbəti mərhələsində məişət zorakılığı qurbanlarına hüquqi yardımın göstərilməsi nəzərdə tutulur. Sertifikat almış DGKA tələbələri də bu mərhələdə iştirak edərək məişət zorakılığına məruz qalmış qurbanlara hüquqi yardım göstərəcəklər.