Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşları Texniki və Təbiət Elmləri Liseyində

2017-04-13

 

     13 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları Respublikada orta təhsil müəssisələri arasında tələbə qəbulu üzrə ən yüksək nəticələri ilə seçilən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin şagirdləri ilə görüş keçirdi.

     Görüşdə şagirdlərə Dövlət Gömrük Komitəsinin Akademiyası barədə təqdimat nümayiş olundu. Tədrisin təşkili və tyutor xidməti şöbəsinin rəisi Kəmalə Xəlilova və müəllim İlqar Kərimbəyli Akademiya haqqında ümumi məlumatı, təhsilin təşkili, tədrisin keyfiyyəti, professor-müəllim heyəti, gələcək planlar və perspektivlər barəsində ətraflı məlumatları şagirdlərin diqqətinə çatdırdı. Eyni zamanda, şagirdlərə DGKA-da təhsil, tədris prosesi və nizam intizam qaydalarını əks etdirən jurnal və bukletlər təqdim olundu. 

     DGKA əməkdaşları həmçinin, abituriyentlərə gələcək təhsil və peşəkar fəaliyyətləri  ilə bağlı dəyərli məsləhətlər verdi, onların suallarını cavablandırdı.

     Sonda şagirdlərlə və Liseyin əməkdaşları ilə xatirə şəkli çəkdirildi.