Bizlə əlaqə (994 12) 404 22 00

DGKA- da Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təlim keçirilib.

2017-04-12

     12 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün  Milli Fəaliyyət Planına uyğun olaraq  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında  Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda  təlim keçirilmişdir.  Təlimdə Akademiyanın rəhbərliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “İnformasiya və Analitik araşdırmalar” şöbəsinin müdiri Elgün Səfərov, “Hüquq Dünyası”  Hüquqi Təbliğat  İctimai Birliyinin sədri Rafiq Alışov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Fuad Əliyev və Akademiyanın  müəllim və tələbələri,  eləcə də müdavimləri iştirakı etmişdir.

     Təlimdə giriş sözünü rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev söylədi. O, insan alveri problemin aktuallığı, onunla mübarizə vasitələri və bu sahədə beynəlxalq əməkdaşlıq haqqında məlumat verdi.

     İştirakçılara Uşaq alveri, onun mənfi nəticələri və ondan qorunmanın yolları haqqında sosial çarx nümayiş etdirildikdən sonra, Elgün Səfərov “Uşaq hüquqlarının müdafiəsi: İnsan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları” haqqında təqdimatla ətraflı çıxış etdi.

     Daha sonra “Hüquq Dünyası”  İctimai Birliyinin sədri Rafiq Alışov iştirakçılara “Uşaq hüquqlarının qorunması və insan alveri ilə mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda geniş məlumat verdi.

     Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Fuad Əliyev də tədbir iştirakçılarına “İnsan alveri ilə mübarizə sahəsində dövlət siyasəti: üsullar, praktika, preventiv tədbirlər” haqqında məlumat verdi.

     Tədbir  “Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda  təlim iştirakçıları ilə müzakirələr aparılması ilə başa çatdı.