Bizlə əlaqə (994 12) 404 22 00

Daha bir DGKA tələbəsinin uğuru

2017-04-11

     Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Mir Hüseyn Həbibli 7-10 aprel tarixində "Bakı RYLA 2017 ( Baku Rotary Youth Leadership Awards 2017) ” adlı  liderlik təlimlərində iştirak etmişdir. Təlim Bakıda fəaliyyətdə olan Bakı International Rotary Clubs və Baku Khazar Rotary Clubs tərəfindən Ramada otelində təşkil edilmişdi.

     "Bakı RYLA 2017” adlı  liderlik təlimlərində iştirak etmək üçün 300-dən çox gənc ərizə ilə müraciət etmişdir. Lakin, onların arasından 30 nəfər liderlik potensialına görə bu layihədə iştiraka layiq görülmüşdür. Bu iştirakçılardan bir də məhz DGKA-nın tələbəsi Mir Hüseyn Həbibli olmuşdur.

     Lahiyə çərçivəsində gənclərə tanınmış liderlər tərəfindən mühazirələr deyilmiş və müzakirələr aparılmışdır.

     Qeyd edək ki, Bakıda fəaliyyətdə olan Bakı International Rotary Clubs və Baku Khazar Rotary Clubs artıq üçüncü ildir ki, Bakıda RYLA təşkil etdilər. Ilk dəfə 2015 və 2016-cı illərdə təşkil edilmiş bu təlimlərdə  bu günə qədər 60 tələbə iştirak edərək mütəxəssislərdən liderlik dərsləri alıblar.