Bizlə əlaqə (994 12) 404 22 00

DGKA nümayəndəsi Xəzər Universitetində təlimdə iştirak etmişdir.

2017-04-06

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi tərəfindən, 3-5aprel 2017-cı il tarixində Bakı şəhərində təşkil olunan "Təlimçilər üçün Təlim" (TOT) adlı təlimdə iştirak etmişdir.

     Xəzər Universitetində  Avrasiya  Hasilat Sənayesi Bilik Mərkəzi tərəfindən "Təlimçilər üçün Təlim" (TOT) mövzusunda təşkil olunan tədbirdə Avrasiya  Hasilat Sənayesi Bilik Mərkəzinin nümayəndəsi İnqilab Əhmədov, Qırğızıstan Respublikasının nümayəndələri Çingiz Beksultanov, Nazgul Kulova, Ukrayna Respublikasının nümayəndəsi Olesya Nekhoroşka, Qanna Kiyasçenko, Svetlana Mizina, Tacikistan Respublikasının nümayəndələri Jovid İbadov, Zarina Erqaşeva, Qazaxıstan Respublikasının nümayəndələri Mahabbat Yespenova, Aizhan Əhmədova,  digər Ali Təhsil  Müəssisələrinin nümayəndələri və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi Hüquq və humanitar fənlər kafedrasının müəllimi Nigar Babayeva iştirak etmişdir.

     Üç gün davam edən təlimdə ilkin olaraq təlim psixologiyаsı, pеdаqoji psixologiyаnın əsаs sаhələrindən biri kimi,təlimin mаhiyyəti və əsasları,təlim fəаliyyətinin strukturu,təlim motivləri və auditoriyanın tələbаt sаhəsinin formаlаşmаsı və s. yanaşmalar haqqında məlumat verilmişdir.

     Tədbrin son günündə “Beynəlxalq Ticarət Arbitrasiyası” mövzusunda təqdimatla  çıxış edən Babayeva Nigar Arbitrajın hüquqi təbiəti, Beynəlxalq Arbitraj İnstitutları, Mübahisələrə  Alternativ Qaydada baxılmasının üstünlükləri və s. haqda ətraflı  məlumat vermişdir.

     Tədbirin sonunda aktiv iştirakçılara sertifikatlar təqdim olunmuşdur.