Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Bahar iməcliyi keçirilib

2017-03-16

     16 mart tarixində Baharın gəlişi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının əhatə etdiyi ərazilərdə əməkdaşların, müdavimlərin və tələbələrin iştirakı ilə abadlıq və təmizlik məqsədilə iməclik işləri aparılmışdır.

     Novruz bayramın əsas ənənələrindən olan bayram qabağı təmizlik-abadlıq işləri Akademiyanın binasında, auditoriyalarında və eləcə də həyətində həyata keçirilmişdir. İməclik nəticəsində binada və həyətdə təmizlik işləri görülmüş, qazon örtüyü səliqəli vəziyyətə salınmış, yeni ağaclar əkilmiş, budanmış və rənglənmişdir.