Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Novruz bayramı qeyd edildi

2017-03-14

    14 mart tarixində  Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə akademiyanın tələbə və müəllim heyəti iştirak ediblər. Tədbiri Akademiyanın rəisi gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov açdı və bayram münasibətilə hər kəsi təbrik edib, xoş arzularını çatdırdı.

    Tələbələrin təşəbbüsü ilə hazırlanan bayram şənliyində ilk öncə qonaqlara  Novruzun yaranması, adətləri haqqında məlumat verildi. Sonra tələbələrin iştirakı ilə müxtəlif musiqili nömrələr təqdim edildi. Çıxışlar böyük maraq və alqışlarla qarşılandı.

    Tədbir Novruz tonqalı ətrafındakı “Yallı” rəqsi ilə başa çatdı.