Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Xocalı” faciəsi ilə bağlı tədbir keçirilib

2017-02-23

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi və Akademiyanın tələbələri iştirak edib.

     Tədbir faciədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

     Giriş sözünü rəis müvani, gömrük xidməti polkovniki Nizami Quliyev söylədi. O, faciənin Azərbaycan xalqının tarixindəki dərin izinin silinməyəcəyini və onun bundan sonra da hər zaman ilk günki kimi kədərlə xatırlanacağını vurğuladı. Nizami Quliyev həmçinin, 1992-ci il fevral ayının 26-sında Xocalıda erməni hərbiçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş soyqırım haqqında geniş məlumat verdi. Soyqırım zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakinin aldığı güllə yaralarından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini bildirdi. Az yaşlı uşaqlara və qadınlara qarşı edilmiş vəhşilikləri xüsusi qeyd edərək əlavə etdi ki, bu cinayətin cəzasız qalmaması üçün Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyətinə bütün reallıqları ilə çatdırılmalıdır.

     Hüquqşünaslıq ixtisasının I kurs tələbəsi Rzayeva Jalə Xocalı hadisəsinin səbəblərini, həmin dövrdəki gərgin vəziyyəti və eləcə də ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirdi.

     Daha sonra  akademiyanın müəllimi Müzəffər Qurbanlı, Karyera bölməsinin böyük mütəxəssisi Rəşad Zeynalov və digər əməkdaşlar Xocalı Soyqırımı haqqında öz fikirlərini söylədilər. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulandı.

     Tədbir Azərbaycan tarixinə və Xocalı faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatdı.