Bizlə əlaqə (994 12) 404 22 00

DGKA tələbələri Qış Məktəbində iştirak edir

2017-02-08

     4-8 fevral 2017-ci il tarixlərində Qəbələ şəhərində Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) və Avropa Hüquq Tələbələri Assosasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Antikorrupsiya Qış Məktəbinin keçirilməsi nəzərdə tutulur.

     Qış Məktəbi zamanı iştirakçılara korrupsiya nədir, onun növləri, səbəbləri, cəmiyyət üçün fəsadları, korrupsiyanın qarşısının alınmasında hüquqi vasitələr, preventiv tədbirlər, özəl sektorda korrupsiya və korrupsiyaya qarşı mübarizənin kriminoloji aspektləri barədə məlumat veriləcəkdir.

     Qış Məktəbinə qatılmaq üçün 530 nəfər elektron motivasiyadn keçmişdi. İkinci mərhələdən 230 nəfər iştirak etmişdir. Bu iştirakçılardn isə 84 nəfər müsabiqəyə çağırılmışdır. Sonda 84 nəfərdən 20 nəfər iştirakçı seçilmişdir. Və bu istirakcilar işərisindən 4 nəfər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasinda təhsil alan tələbələr-Aliyə Məmmədhəsənzadə, Mir Hüseyn Həbibli, Jalə Rzayeva, Röyal Məhərrəmovdur.

     Tələbələr gender, təhsil və digər sahələrdə mövcud korrupsiya halları haqqında təqdimatlar təqdim ediblər. Beş gün davam edən məktəbdə tələbələr həmçinin mövzu ilə bağlı müxtəlif kazuslarda və simulyasiya oyunlarında iştirak ediblər.

     Sonda tələbələrə sertifikatlar təqdim edilib.