Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “20 yanvar” faciəsi ilə bağlı tədbir keçirilib

2017-01-19

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, Akademiyanın tələbələri və eləcə də müdavimlər iştirak edib.

    Tədbir faciədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Giriş sözünü rəis müvani, gömrük xidməti polkovniki Quliyev Nizami söyləyərək faciənin Azərbaycan xalqının tarixindəki dərin izini və onun bundan sonra da hər zaman ilk günki kimi kədərlə xatırlanacağını vurğuladı. Eyni zamanda polkovnik 20 yanvar faciəsinin təfərruatları barədə iştirakçılara geniş məlumat verdi və onunla bağlı öz xatirələrini paylaşdı.

    Hüquqşünaslıq ixtisasının I kurs tələbəsi Novruzlu İmamverdi 20 yanvar hadisəsinin səbəbləri, həmin dövrdəki gərgin vəziyyət, eləcə də həmin dövrdə ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirdi.

    Tədbirdə həmçinin Karyera bölməsinin böyük mütəxəssisi Zeynalov Rəşad da çıxış etdi və faciənin xatirəmizdə hər zaman yaşaması, müasir gənclərin də 20 yanvar hadisələrini dərindən öyrənməsi və gələcək nəsillərə həm faciə həm də qəhrəmanlıq və zəfər tarixi kimi ötürülməsi haqqında danışdı.

    Tədbir 20 yanvar faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatdı.