Bizlə əlaqə (994 12) 404 22 00

DGKA HI-SCAN HITRAX II BAXIŞ-RENTGEN SİSTEMLƏRİNİN İSTİFADƏSİ ÜZRƏ TƏLİMLƏR TƏŞKİL EDİR.

2017-01-12

    Təlim kursunun təsviri

    Təlim kursunun əsas məqsədi, beynəlxalq təcrübədə geniş istifadə olunan baxış-rentgen sistemlərinin istifadəsi üzrə ölkəmizdə peşəkar mütəxəssislər hazırlamaq, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud operatorlarının bilik və bacarıqlarını daha da artırmaqdan ibarətdir.

    Təlim proqramı müasir metodlara uyğun olaraq kiçik qruplarla,  auditoriyadaxili eləcə də auditoriyadan kənar keçirilən nəzəri-təcrübi məşğələlərdən ibarətdir. Qruplar maksimum 8 nəfərdən ibarət olmaqla təşkil olunur.            

    Təlimdə iştirak edən şəxslərə avadanlıqların rahat və düzgün istifadəsi üçün nəzəri-praktiki biliklər aşılanacaq, onlar kurs boyu tədris materialları ilə təmin olunacaqlar. Əyani tədrisin üstünlüklərini rəhbər tutaraq  tədris prosesində fotoşəkillərdən, videoroliklərdən və digər interaktiv vəsaitlərdən istifadə ediləcək, virtual olaraq təhlükəli maddələrin və qadağan olunmuş malların aşkar olunması yolları, eləcə də kursun yekununda kurs iştirakçılarının rentgen avadanlıqlarından istifadəsi təmin olunacaq və baqajların yoxlanılması test olunacaq.

    Kurs ərzində “SMİTH HEİMANN” şirkətinin beynəlxalq dərəcəli müəl­lim (təlimçi) statusuna sahib şəxslər təlim aparacaq.

    Təlim aşağıdakı mövzuları əhatə edəcək:         

    Texniki nəzarət vasitələri anlayışı və təsnifatı.

    Baxış-rentgen texnikasının əsas xüsusiyyətləri və iş prinsipləri.

    Baxış-rentgen sistemlərinin istifadə qaydaları və istifadənin mərhələli təşkili .

    Təlim haqqında məlumat:

    Təlimin müddəti: 1 həftə

    Təlimin keçirilmə  vaxtı: 20 fevral - 25 fevral 2017-ci il tarixlərdə 10:00-dan 13:00-dək.

    QEYD: Təlimin sonunda kursu uğurla bitirən iştirakçılar SMİTH DETECTİON şirkətinin sertifikatı ilə təltif olunacaqlar.                

    Tələblər:

  • Müvafiq ali təhsilə malik olmaq ( texniki ixtisaslara üstünlük veriləcək)
  • komputer bacarıqları yaxşı səviyyədə olmalıdır (ən azı istifadəçi səviyyəsində)
  • orta ingilis və ya rus dili bilikləri
  • məsuliyyət

    Maraqlananlar qeydiyyat üçün öz tərcümeyi halını (CV)  uzel.gulmaliyev@customs.gov.az  e–poçt ünvanına göndərə bilərlər. Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslərlə keçiriləcək müsahibə nəticəsində şəxsin təlimlərdə iştirakının məqbul və ya qeyri-məqbul olması barədə qərar veriləcək.

    Son müraciət tarixi: 4 fevral 2016-cı il.

 

    Əlaqələndirici şəxs:

    Üzel Gülmalıyev

    Dövlət Gömrük Komitəsi, inspektor

    Tel: (012) 4042200, daxili 0463   

    Mob: (055) 4627775