Baş səhifə
Ümumtəhsil fənləri kafedrası

Ümumtəhsil fənləri kafedrası

Dövlət Gömrük Komitəsinin Akademiyasının “Ümumtəhsil fənnləri” kafedrası 2018-2019-cu tədris ilində yaradılıb.

“Ümumtəhsil fənləri” kafedrasında “Hüquqşünaslıq”, ”İqtisadiyyat”, ”İnformasiya təhlükəsizliyi” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə təsdiq olunmuş tədris planına uyğun olaraq, ümumi fənlər, ixtisas fənləri, seçmə fənlər blokuna daxil olan 37  fənn üzrə tədrisi aparılır.

Kafedrada “Azərbaycan tarixi”, “Xarici dil”, “Sosiologiya”, “Politologiya”, “Riyazi analiz”, “Fizika”, “Psixologiya” və s. fənlər üzrə Akademiya, eləcə də respublika və xarici elm, tədris mərkəzlərindən müsabiqə yolu ilə seçilmiş təcrübəli əməkdaşlar tədrisə cəlb olunur.

Tədris və öyrənmə mühiti elə təşkil edilmişdir ki, tələbələr nəzərdə tutulmuş təlim nəticələrini sonda yüksək səviyyədə əldə etmiş olsunlar. Tədris  prosesində nəzəriyyə və təcrübi təlim arasındakı tarazlığın gözlənilməsinə nəzarət edilir. Fənlərin tədrisi fərqli qiymətləndirmə metodları ilə aparılır. Bu metodlar fənnin spesifikasından asılı olaraq seçilir.