Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı və tələbələri Zəfər gününə həsr olunmuş konfransda iştirak ediblər
DGKA-nın əməkdaşı və tələbələri Zəfər gününə həsr olunmuş konfransda iştirak ediblər
DİN-in Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib. Dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələrinin və tələbələrinin, Vətən müharibəsinin qəhrəmanlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayıb və gənclərin dövlətçilik ideyalarına sadiq, vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini qeyd edib.
Tədbir iştirakçıları çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu günün milli qürur, vətənə sevgi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.



