DGKA-da “Elmi məqalə yazmaq bacarığı” üzrə təlimlərə start verilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Gənc Xarici Dil Müəllimləri Birliyi” tərəfindən təşkil olunan “Elmi məqalə yazmaq bacarığı” üzrə təlimin ilk görüşü baş tutub.
Tədbiri giriş sözü ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova açaraq layihə haqqında iştirakçılara ümumi məlumat verib, təlimin məqsəd və vəzifələrini diqqətə çatdırıb.
Daha sonra təlimçi Rasim Həsənzadə tədqiqatın əsas anlayışları, mahiyyəti və xüsusiyyətləri mövzusunda təqdimatla çıxış edib.
Təlimin əsas məqsədi tələbələrin elmi yazı bacarıqlarını inkişaf etdirmək və onların akademik tədqiqat fəaliyyətinə hazırlığını gücləndirməkdir.
Təlim ümumilikdə 8 həftə davam edəcək. İştirakçılar proqramın sonunda elmi məqalə hazırlayaraq təqdim edəcəklər.




