Baş səhifə
Xəbərlər
Akademiya
Türkiyə Respublikası Ticarət Nazirliyinin Gömrük Mühafizə Baş İdarəsinin nümayəndə heyəti Gömrük Akademiyasında olub

Türkiyə Respublikası Ticarət Nazirliyinin Gömrük Mühafizə Baş İdarəsinin nümayəndə heyəti Gömrük Akademiyasında olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ticarət Nazirliyinin Gömrük Mühafizə Baş İdarəsinin rəisi Rəcəb Koşalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.
Qonaqları salamlayan Akademiyanın rəis müavini Anar Süleymanov iki qardaş ölkə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verib.
Akademiyada olmaqdan məmnunluğunu bildirən Gömrük Mühafizə Baş İdarəsinin rəisi Rəcəb Koşal iki ölkə arasında gömrük sahəsində mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın həm təcrübə mübadiləsi, həm də kadr hazırlığı sahəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.