Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi DTX-nin Akademiyasında keçirilmiş konfransda çıxış edib

DGKA-nın tələbəsi DTX-nin Akademiyasında keçirilmiş konfransda çıxış edib

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “Zəfər Günü” nə həsr olunmuş “Azərbaycanın dövlət suverenliyinin bərpası: tarixi Zəfər hüquq müstəvisində” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Beynəlxalq ticarət və logistika ixtisasının III kurs tələbəsi Qumru Əsədzadə və Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova iştirak ediblər.
Konfransda Əminə Əhmədova “Suverenliyin hüquqi və siyasi təzahürləri: Azərbaycan Konstitusiyasında təsbiti və beynəlxalq təcrübədə tətbiqi” mövzusunda elmi məruzə ilə çıxış edib.
Konfrans elmi diskussiyalarla davam edib.