Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz Vətən Müharibəsi Qəhrəmanı ilə keçirilən görüşdə iştirak ediblər

Tələbələrimiz Vətən Müharibəsi Qəhrəmanı ilə keçirilən görüşdə iştirak ediblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qonağımız var” layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov ilə görüş keçirilib. H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən görüşdə şəhid ailələri,qazilər və digər qonaqlarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri də iştirak ediblər.
Görüş zamanı mayor Zaur Hüseynov 44 günlük Vətən müharibəsində iştirak etdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, onların qəhrəmanlığının daim qürur və qətiyyət mənbəyi olduğunu vurğulayıb.