Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri “Üç yol” bədii filminin təqdimatında iştirak ediblər

DGKA tələbələri “Üç yol” bədii filminin təqdimatında iştirak ediblər

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və "Elcinema” şirkətinin istehsalı olan "Üç Yol" bədii filminin təqdimatı baş tutub. Təqdimatda dövlət qurumlarının, gənclər təşkilatlarının nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.
Qeyd edək ki, ekran əsəri gənclər arasında sosial məsuliyyətin artırılması, narkomaniya və digər zərərli vərdişlərdən uzaq durmanın təbliği məqsədi daşıyır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Çobanzadədir.