Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edilib
Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Mansurov Elçin Elşad oğlunun anım günündə xatirəsi yad edilib. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan digər qəhrəman oğullarımızın məzarları da ziyarət edilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verərək səbir diləyib, Elçinin timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildirib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!










