Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı “ReadENG – İngilis dili müəllimlərinin I Forumu”nda iştirak edib
DGKA-nın əməkdaşı “ReadENG – İngilis dili müəllimlərinin I Forumu”nda iştirak edib
Bakı Gənclər Mərkəzində ReadENG nəşriyyatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “ReadENG – İngilis dili müəllimlərinin I Forumu” keçirilib. Tədbirdə digər rəsmi şəxslərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının ingilis dili müəllimi Tairə Axundova da iştirak edib. “Xarici dilin tədrisində çağırışlar” mövzusuna həsr olunan forum ingilis dili müəllimləri üçün peşəkar inkişaf, təcrübə mübadiləsi və innovativ yanaşmaların paylaşılması baxımından mühüm platforma olub.
Forum çərçivəsində panel müzakirəsi təşkil olunub. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın moderatorluğu ilə təşkil olunan paneldə Tairə Axundova da xarici dil tədrisində çağırışlar, tələbə motivasiyası və müəllimlərin davamlı inkişafı mövzusunda çıxış edərək iştirakçılarla dəyərli təcrübə və fikirlərini bölüşüb.
Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunub.





